15 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bankın İdarə Heyəti qərar verir: Faiz artımına gediləcəkmi?

BANKER.AZ/ Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti mart ayının 18-i faiz dərəcələrinin parametrlərini müəyyən etmək üçün 2022-ci ilin ikinci iclasına toplaşır.

AMB son iclasda ölkədə qiymət artımlarına və manatın alıcılıq qabiliyyətinin azalmasına “susqun” qalmadı. Beləliklə, son üç iclasda sərtləşməyə getdi.

Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsini 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddini 5.75%-dən 6%-ə, yuxarı həddini isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakı iclasda uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddini 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddini isə 1% bəndi artırmaqla 8%-ə, dekabrda uçot faiz dərəcəsini 7.25%-ə, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini 8.25%-ə, yanvarda isə 7.5%-ə, aşağı həddi 6%-ə və yuxarı həddi 9%-ə yüksəldib.

4234234233

Banker.az analitikləri, hazırkı şəraiti nəzərə alaraq, bu iclasda da Mərkəzi Bankın İdarə Heyətinin faiz artımına gedə biləcəyini proqnozlaşdırır.

Mərkəzi Bank bildirib ki, faiz dəhlizinin parametrlərinə dair mart ayı üçün qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansı ilə yanaşı, inflyasiyanın xərc və təklif amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcəkdir.

Azərbaycan Mərkəzi Bankı sonuncu iclasda da faiz artımı üçün əsas səbəb kimi inflyasiyanı gətirdi. 2022-ci ilin yanvarında Azərbaycanda inflyasiya həddi 12.5% təşkil edirdi, amma bu, fevralda 12.2%-ə qədər azaldı. Dövlət Statistika Komitəsi fevral ayı üçün bildirir ki, artım içkilər və tütün məmulatları üzrə 17.2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6.0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.2 faiz təşkil edir.

Belə şəraitdə depozit investorlar üçün sərfəli maliyyə aləti deyil. Əksər banklar depozitləri 11%-in altında qəbul edir. Çox dar çərçivədə fəaliyyət göstərən fond bazarında isə istiqrazların faizləri 12-14% arasındadır. Bunu da əhali üçün hazırda risk baxımından o qədər də cəlbedici saymaq olmaz.

İnflyasiyanın düşməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Bankı faiz artımını dayandırmaya bilər. Çünkü qlobal birjalarda geosiyasi gərginliklər fonunda ərzaq və enerji daşıyıcıları bahalaşır. Bu da Azərbaycan üçün inflyasiyaya kənardan təsir etmə imkanı yaradır.

Valyuta bazarı ilə bağlı sabitlikdir. Hökumət neftin qiymətinin 2022-ci il üçün Brent markasında 55 dollar/barrel götürüb. Qiymətlər isə hazırda iki dəfə çox – 110 dolların üzərindədir. Bu da Azərbaycan valyuta bazarına xeyli sakitlik gətirməkdədir. Martın ilk üç valyuta hərracında cəmi 142 milyon ABŞ dolları satılıb. Bu da öncəki aydan 6% azdır.

Qeyd edək ki, Federal Ehtiyatlar Sisteminin 2018-ci ilin dekabrından bu tərəfə ilk dəfə faiz artımına gedəcəyi proqnoz edilir.

Son xəbərlər
Digər xəbərlər