20 C
Baku
Tuesday, October 1, 2024

“Mərkəzi Bankın iqtisadiyyatın inkişafına verə biləcəyi ən yaxşı töhfə…”

Bu fikirlərlə sabiq maliyyə naziri Saleh Məmmədov öz facebook səhifəsində yazıb.

Saleh Məmmədov qeyd edib ki, bu gün Mərkəzi Bankın iqtisadiyyatın inkişafına verə biəcəyi ən yaxşı, töhfələrdən biri rezerv normalarının azaldılması olardı: “Bölüşdüyüm məqalədə gedən materiallarda Mərkəzi Bankın rezerv normalarının aşağı salınmasına, sanki, bir SOS siqnalı verilib, əmanətlər təhlükədədi deyə ciddi xəbərdarlıq edilib.  Amma bu gün Mərkəzi bankın iqtisadiyyatın inkişafına verə biəcəyi ən yaxşı töhfə tədbirlərdən biri rezerv normalarının azaldılmasıdı. Rezrev normaları, uçot stavkaları, qiymətli kağızlar bazarına müdaxilə Mərkəzi Bankın ən mühüm tənzimləmə alətləridi, bunların da ən başlıca vəzifəsi makro iqtiasadi tənzimləmə, pul dövriyyəsinin, tələb və təklifin arasındakı nisbəti tənzimləməkdən ibarətdir. İnkişafı daraltmağa, yüksək inflyasiyanı və qiymət artımını cilovlamaq, faizləri qaldırmaq lazımdırsa, rezerv normalarını, uçot dərəcələrini artırmaq, bazarda olan pulu qiymətli kağızları satmaqla dövriyyədə olan pulun həcmini azaltmaq lazımdı. Bu gün bizdə tam əksinədi, pul bazası ciddi surətdə azalmış, qiymətlər sürətlə düşür, bazara pul təklifi azdı, belə olan halda genişləndirici maliyyə siyasəti yeritməliyik ki, bazarda pul təklifini artıraq, qiymətlərin düşməsinin qarşısını alaq, mallara tələbi artıraq və bununla da istehsalı artıraq. Bunun da yolları, rezerv normalarının aşagı salınması, uçot dərəcəsinin azaldılması, emissiyanın artırılması, büdcə kəsirinin artırılması, qiymətli kağızların Mərkəzi Bank tərəfindən kütləvi şəkiıldə alınması və s. Mərkəzi Bank da bu işi həyata keçirir, amma hətta xeyli gecikib, bunu neft qiymətləri düşməyə başlayanda etməli idi. Rezerv normalarının azaldılması banklarda kredit ehtiyyatlarının həcmini, müəssisələrdə pulun həcmini, ümümiyyətlə pul bazasını və pul təklifini artıracaq ki, bu da öz növbəsində faizlərin azalmasına, investisiyaların və uyğun olaraq istehsalın artmasına gətirib çıxaracaq”.

Son xəbərlər
Digər xəbərlər