Azərbaycan Mərkəzi Bankının Korporativ idarəetmə departamenti yaradılıb, yeni direktor təyin edilib.
Bu barədə Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatda deyilir.
Məlumata əsasən, departament 16 ildir AMB-də çalışan Arif Şirəliyev-ə həvalə edilib.
A.Şirəliyev 2017-ci ildən bu günə qədər Strateji idarəetmə departamentinə direktorluq edirdi.