9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bankın mənfəətindən büdcəyə 250 milyon manat köçürülür

Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən dövlət büdcəsinə 250 milyon manat vəsaitin daxilolması nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində deyilir.

Mərkəzi Bank 2017-ci ilin maliyyə nəticələrinə gorə əldə etdiyi mənfəətin sərbəst qalığının dövlət budcəsinə odənilməmiş hissəsindən“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2020-ci ildə Dovlət borcu və zəmanəti uzrə ohdəliklərin Təminat Fonduna kocurulmuş 1 milyard manat məbləğində vəsaitin 880 milyon manatının 2021-ci il dövlət büdcəsinə transfert edilərək büdcənin gəlirlərinə aid edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər