11 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bankın not hərracı keçirilib

11 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50201896S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 98.8468 (5%) və 99.2704 (3.15%) olan 10 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117,17 mln. manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.2704 (3.15%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Notların ödəmə tarixi 04.07.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər