11 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bankın notları üzrə hərrac keçirildi

13 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2008024708 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.1675 (4%) və 98.3929 (3.5%) olan 10 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 89,581,700.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 98.3929 (3.5%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 28.11.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər