Bu gün, yəni, 24 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50101156S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirlib.
Banker.az maliyyə portalı BFB-nin açıqlaçasına istinadən xəbər verir.
Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 115,139,900.00 AZN təşkil edib. Bu da 360,55% tələbin təklifi kəskin üstələməsi deməkdir.
Sifarişlər 99.0749 AZN (12.01%) və 99.0749 AZN (12.01%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.01%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir. Notların ödəmə tarixi 21.06.2017-ci ildir.
Xatırladaq ki, sonuncu hərracda da AMB-nin notlarına təlabat bu qədər çox göstərici tələb ilə bitmişdi.