Bu gün, yəni, 9 avqusda Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının 50100259S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 100 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 13 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 260,410,600.00 manat təşkil edib. Hərracda tələb təklifi 2,6 dəfə üstələyib.
Sifarişlər 99.1148 AZN (11.48%) və 99.2278 AZN (10.01%) qiymət intervalında təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Notların ödəmə tarixi 06.09.2017-ci ildir.