Mayın 17-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50101056S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirlib.
Hərrac zamanı 8 investor tərəfindən 12 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 117,983,500.00 AZN təşkil etmişdir. Bu da hərracda tələbin təklifi 371,9% üstələməsi deməkdir.
Sifarişlər 98.8848 AZN (14.4999%) və 99.0749 AZN (12.0052%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.0052%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.0052%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 17.05.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 14.06.2017-ci ildir.