9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bankın notlarının gəlirliliyi yüksəlib

19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2117024706 dövlət qeydiyyat nömrəli ₼30 milyon həcmində 28 gün qısamüddətli notlarının və AZ2119024704 dövlət qeydiyyat nömrəli ₼50 milyon həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

28 günlük. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9934.3233 (8.5%) manat və 9950.0838 (6.45%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 65,410,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9946.0812 (6.97%) manat və orta ölçülmüş qiyməti 9946.7768 (6.88%) manat olaraq müəyyən edilmişdir. Öncəki hərracda orta qiymət 5.87% idi.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 16.08.2023-cü ildir.

168 günlük. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9554.5662 (9.99%) manat və 9608.1170 (8.74%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,830,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9554.5662 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 9589.5207 (9.17%) manat olaraq müəyyən edilmişdir. Öncəki hərracda orta gəlirlilik 8.71% idi.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37,830,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 03.01.2024-cü ildir.

 

Son xəbərlər
Digər xəbərlər