2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

11 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50402676S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı  95.5201 AZN (6.70%) və 95.9693 AZN (6.00%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116,879,400.00 AZN olmuşdur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən notların kəsmə qiyməti 95.8730 AZN (6.15%), orta ölçülmüş qiyməti 95.8798 AZN (6.14%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  30,000,000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 22.06.2020

Son xəbərlər
Digər xəbərlər