7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankın repo hərraclarında faizlər düşməkdədir

10 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının Repo hərracı yekunlaşmışdır.

Banker.az xəbər verir ki, 25 mln. manatlıq real həcmi əhatə edən repo hərracında ortaçəkili gəlirlilik 7.18 faiz olub.

Mərkəzi Bank hər həftə bu hərracı keçirir və 2024-cü ilin martın sonundan bu tərəfə orta gəlirlilik ən aşağı səviyyəyə düşüb. Məsələn, bu son dörd hərracını ən aşağı orta gəlirlilik təklif edən hərracıdır. Aprel ayında orta çəkili repo faizləri 7.20%-in üzərində idi. 26 aprel hərracında orta faizlər 7.23 faizə yüksəlmişdi.

Repo faizləri tələb və təklifdən aslı olaraq formalaşır. Repo faizlərinin aşağı düşməsi adətən tələbin yüksək olduğu şəraitdə formalaşır.

Qeyd edək ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 1 may iclasında 25 baza bəndi endirməklə 7.25 faizdə saxlayıb.

Repo hərracı barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Repo predmeti AZ2001008351
Hərrac vaxtı 11:00-11:30
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 38,011,057 manat
Reallaşdırılmış həcm  25,000,000 manat
Repo açılış qiyməti 1 manat
Repo predmetinin sayı 25,000,000 ədəd
Repo müddəti 7 gün
Minimal faiz 7,15 %
Maksimal faiz 7,20 %
Kəsmə faiz 7,20 %
Ortaçəkili faiz 7,18 %
Hərracda iştirak edən bank sayı 6
Sifarişlərin sayı 6

 

Son xəbərlər
Digər xəbərlər