“AGBank” və “NBC Bank”da aparılan analitik təhlillərin nəticələri haqqında tezliklə məlumat veriləcək”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“Bankın əmanətçiləri narahat olmasınlar, onların əmanətləri qorunur. O banklarda çalışanların əmək haqları da ödəniləcək”, – deyə o, qeyd edib.