13 C
Baku
Tuesday, May 7, 2024

Mərkəzi Bankın səlahiyyətlərindən biri ləğv olundu

İndiyə qədər Agentliyin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilib.

Müsabiqə Komissiyasının tərkibinə  Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bankın və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil edilib və qeyd edilib ki, həmin Komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli qeyri-hökumət təşkilatlarının 2 nəfər nümayəndəsi də daxil edilə bilər. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilib.

Dəyişikliyə əsasən, Mərkəzi Bankın bu sahədə səlahiyyətləri ləğv olunub, bu səlahiyyətlər Azərbaycan Sahibkarlar Konfederasiyası və Maliyyə Nazirliyi arasında bölüşdürülüb. Bundan sonra Müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye  Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil ediləcək və həmin komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli QHT-nin 2 nəfər nümayəndəsi də daxil edilə biləcək. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq ediləcək.

4 fevral 2014-cü il tarixdə keçirilən müşavirədə ölkə başçısı kommersiya banklarını daha çox biznes sektoruna yer verməsinə çağırdı. Bugünədək tam başqa bir tendensiya müşahidə olunurdu.  Kommersiya banklarının kredit portfelinə nəzər yetirsək görərik ki, təxminən 1,5 mlrd təşkil edən kredit portfelinin yalnız çox az bir hissəsinin sənaye və istehsal kreditlərinə yönəldilən kreditlər idi. 2014-cü ildən isə banklar kütləvi kreditləşmədən daha çox biznes kreditləşməsinə üstünlük edəcəklər.  Bu isə o deməkdir ki, Azərbaycanda sənaye və istehsal sektoruna yönəldilən kreditlərin həcmi yüksələcək. Və nəticədə

Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər