Uzun müddət Azərbaycan Mərkəzi Bankından çalışmış Rövşən Qəniyev dövlət agentliyinə təyinat alıb.
Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata əsasən, o, Dövlət Məşğulluq Mərkəzinin Rəqəmsal məşğulluğun təşkili departamentinin müdiri təyin edilib.
R.Qəniyev bu vəzifədə Orxan Rəsulovu əvəz edib.
R.Qəniyev 2012-ci ildən 2020-ci ilə qədər Azərbaycan Mərkəzi Bankında, 2020-ci ildən isə İcbari Sığorta Bürosunda çalışırdı.
Hazırda yeni təyin edildiyi departament üç: Elektron xidmətlərin təşkili şöbəsi, Məlumatların təhlili şöbəsi və Məşğulluqda rəqəmsal innovasiyalar şöbəsindən ibarətdir.