7 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankın sabiq sədrini özünə müşavir təyin etdi

İran prezidenti Həsən Ruhani Mərkəzi Bankın keçmiş sədri Vəliullah Seyfi özünə pul-kredit və bank işləri üzrə müşavir təyin edib.

“Təsnim” agentliyinə istinadən, İran Məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsüni-Ejei bir sıra dövlət məmurlarının iqtisadi korrupsiya cinayətində şübhəli bilindiyini və bununla bağlı istintaq aparıldığını vurğulayıb. Məhz bundan sonra Həsən Ruhaninin yeni müşavir təyinatı ilə bağlı sərəncamı açıqlanıb.

Qeyd edək ki, Vəliullah Seyf iyulun sonunda tutduğu vəzifədən azad edilib və Abdülnasir Himməti İran Mərkəzi Bankına başçı təyin olunub.

Bu ilin avqustunda İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei Məhkəmə Sisteminin başçısına məktubla müraciət edərək iqtisadi korrupsiyaya görə mühakimə olunanların tezliklə və ədalətli şəkildə cəzalanrdırılmasına çağırıb.

Mənbə: Report

Son xəbərlər
Digər xəbərlər