14 C
Baku
Thursday, April 25, 2024

Mərkəzi Bankın şöbəsi ləğv edilib

Azərbaycan Mərkəzi Bankının strukturunda dəyişiklik edilməklə İqtisadi maarifləndirmə şöbəsi ləğv edilib.

Bu barədə Banker.az-ın sorğusuna faktı Mərkəzi Bankdan da cavablandırıblar.

“Həmin şöbənin əsas funksionallığı İqtisadi təhlil departamentinin Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinə ötürülmüşdür”- deyə açıqlamada deyilir.

Bildirək ki, Banker.az hələ iki ay öncə bu şöbəyə rəhbərlik edən Ülkər Babayevanın da tərki barədə məlumat yerləşdirmişdi.

Şöbənin əsasnaməsinə görə, bu strukturda vəzifəyə təyin etmə və azad etmə hüququ AMB sədrinə (Elman Rüstəmov) məxsusdur.

Qeyd edək ki, Şöbənin fəaliyyətinin əsas məqsədi ölkədə iqtisadiyyat və maliyyə üzrə müasir bilik və bacarıqların formalaşmasını, yayılmasını və bu istiqamətdə bütün işlərin səmərəli təşkilini təmin etmək idi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər