18 C
Baku
Wednesday, April 24, 2024

Mərkəzi Bankın son açıqlamasında 3 diqqət çəkən məqam

Azərbaycan Mərkəzi Bankının bu gün yaydığı açıqlamada diqqəti çəkən 3 məqam var.

Dolayısı ilə də olsa fiskal siyasətin inflyasiyaartırıcı təsirinə işarə var. Açıqlamanın “İnflyasiya riskləri” hissəsində yazılır ki, dünya ərzaq bazarlarında bahalaşma meyilinin davam etməsi, xarici ticarət tərəfdaşı olan bir sıra ölkələrdə inflyasiya və məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklərin qalması idaxl vasitəsilə inflyasiya risklərini artırır. Sosial xarakterli fiskal stimullar və maliyyə sektoruna dəstək paketi isə inflyasiya riskilə bağlı daxili amillər kimi qeyd edilir.

İkinci diqqəti cəlb edən məlumat real sektorun monitorinqi ilə bağlıdır. Nəticələr göstərir ki, ilin 2 ayında biznes inamı indeksi tikinti sektorunda və xidmət sahələrində azalmışdır. Nəzərə alaq ki, Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun əsas hərəkətverici qüvvəsi son illər tikinti sektoru olub.

Nəhayət, ölkədə pul bazasının Mərkəzi Bankın nağd manat kütləsi hesabına deyil, büdcə profisiti nəticəsində hökumətin müxbir hesablardakı qalıqlarının artması hesabına baş verdiyi vurğulanır. Əslində bu amilin də monetar hakimiyyətdən asılı olmayan, fiskal siyasətin nəticəsi kimi özünü göstərdiyinə diqət çəkilir.

Büdcə artıqlığı iqtisadiyyatda likvid pul ehtiyatlarını artırsa da, bu vəsaitlər “uzun pullar” olmadığından iqtisadi aktivlik üçün sərmayə aləti kimi effektiv istifadə oluna bilmir.

rovshan agayev rovsen aga – Müəllif – 
RÖVŞƏN AĞAYEV
İqtisadçı-ekpert.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər