Mərkəzi Bank pul siyasətinə dəyişikliklər edərək məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxıb. Qeyd edək ki, məcburi ehtiyat normalarının diferensiallaşdırallaşdırılması Mərkəzi Bankın yeni sədrinin Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ilk görüşü zamanı müzakirə edilən məsələlərdən idi. Bazel 4 prinsipi pul siyasətində differensial və ya selektiv yanaşmanı tövsiyyə edir.
Banker.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Mərkəzi Bankın son qərarının kredit faizlərinə xüsusi təsir edəcəyi gözlənilmir. Belə ki, diferensial normalar praktik olaraq dəyişdirilmir və günlük limitin ləğvi isə daha çox likvidliyinin idarə edilməsi ilə bağlıdır. Mərkəzi Bankın uçot dərəcəsinin banklararası bazarda əməliyyatlara təsiri olsa da onun kredit faizlərinə xüsusi təsiri hiss olunmur. Bu baxımdan da, kredit bazarına təsir edəcək digər alətlərdən daha fəal istifadəyə ehtiyac var.