Azərbaycan Mərkəzi Bankının elektron nəşri olan rüblük “Tədqiqat bülleteni”nin 2014-cü il üzrə üçüncü nömrəsi Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.
Bülletendə III rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilib, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunub.
Burada, həmçinin modelləşdirmə və proqnozlaşdırma üzrə mərkəzi bankların təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilib.
Bülletenin maliyyə savadlığı bölməsində maliyyə savadlığının iqtisadi idarəetmədə rolu təhlil edilib.
Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilib.
Tədqiqat bülleteni N-3, 2014