12 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin 2015-ci il üzrə ikinci nömrəsi hazırlanmışdır

Mərkəzi Bankın elektron nəşri olan “Tədqiqat bülleteni”nin 2015-ci il üzrə nöbəti – ikinci nömrəsi hazırlanmış və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.

Bülletendə II rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilmiş, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunmuşdur.

Burada həmçinin Norveç Mərkəzi Bankının proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə və ödəniş sistemləri üzrə son tədqiqatların nəticələri verilmişdir.

Bülletenin Maliyyə savadlılığı bölməsində maliyyə savadlılığının inklüzivlikdə rolu əks olunmuşdur. Bu dəfəki nömrənin İqtisadi sözlük bölməsində isə son dövrlər mərkəzi bankların təcrübəsində geniş istifadə edilən qeyri-ənənəvi siyasət tədbirlərinə dair məlumat verilmişdir.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında da məlumat verilmişdir.

Son xəbərlər
Digər xəbərlər