5 C
Baku
Thursday, January 8, 2026

Mərkəzi Bankın valyuta ehtiyatları 11.5 milyard dolları ötüb

2026-cı il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 514.9 milyon ABŞ dollarına çatıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin dekabr ayının 1-nə valyuta ehtiyatları 11 milyard 433.8 milyon dollar olub ki, bu da aylıq müqayisədə 81.1 milyon dollar və ya 0.7% çoxdur.

AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.1% və ya 555 milyon ABŞ dolları yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər