30 avqust 2024-cü il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 783.5 milyon ABŞ dolları təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, son bir ayda 17.8 mln. dollar (0.15%), ilin əvvəlindən 171 mln. dollar (1.47%), son bir ildə 2 mlrd. 419 mln. dollar (26.2%) artım deməkdir.