-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artaraq 15 milyard dollara yaxınlaşıb – Elman Rüstəmov

“Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsinin səbəblərindən biri də OPEK üzvü olmayan ölkələrin neft hasilatını artırmasıdır”.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov, Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əsas neft istehlakçılarında istehlakçı səviyyəsinin aşağı düşməsi həm də neftin qiymətinin aşağı düşməsini şərtləndirir: “Müzakirə etdiyimiz büdcə layihəsində neftin qiymətindəki tərəddüdlər nəzərə alınıb və bu, Azərbaycanın iqtisadi inkişaf sürətini səngitməyəcək”.

E.Rüstəmov qeyd edib ki, möhkəmlənmiş Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsi ilə bağlı proseslərə kifayət qədər hazırdır: “Neftin qiyməti 60-70 dollara düşsə belə, dövlət büdcəsinin gəlirləri xərclərindən çox olacaq. Ötən illərə nisbətən, Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artaraq 15 milyard dollara yaxınlaşıb”.

SalamNews

Son xəbərlər
Digər xəbərlər