Azərbaycan Mərkəzi Bankının son bir ayda xarici valyuta ehtiyatları 166 milyon dollar, yaxud 2.13% artıb.
Banker.az xəbər verir ki, AMB-nin xarici valyuta ehtiyatları 30 noyabr 2022-ci il tarixinə 7 mlrd. 969 mln. dollar təşkil edib.
Bununla da, AMB-nin xarici valyuta ehtiyatları ilin əvvəlindən 894 mln. dollar (13%), son bir ildə isə 951 mln. dollar (13.5%) artıb.