Banker.azın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən, valyuta ehtiyatlarında azda olsa azalma müşahidə edilib.
Beləki , ödən ay həcmi 4192.5 mln. dollar olan valyuta ehtiyatlarımızın həcmi, Sentyabr ayının sonuna bir qədər azalaraq 4132,7 təşkil edib. Buda öz növbəsində onu deməyə imkan verir ki , sentyabr ayının əvvəlində manat üzərində olan təzyiq itkisiz ötüşməmişdir – hətta bu itkinin həcmi az olmasına baxmayaraq.
Banker.az ekspertlərinin fikrincə , ilin sonuna qədər ehtiyatların həcmində xeyli azalma olma ehtimalları kifayət qədər böyükdür. Mərkəzi Bank bu itkini azaltmaq məqsədi ilə alternativ valyuta mənbələrin hesabına əl atma strategiyasına hələdə sadiq qalacağı proqnozlaşdırılır.