“İlin əvvəlindən kredit qoyuluşları 9,4 faiz, ev təsərrüfatlarına verilən kredit qoyuluşları 13 faiz, hüquqi şəxslərə verilən 6,3 faiz artıb”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. O bildirib ki, dollarlarlaşma meylində azalma müşahidə edilir:
“Fiziki şəxslərin manat əmanətləri cari ilin 9 ayında 21,3 faiz artıb. Cari ilin 9 ayında iqtisadi artım 2,5 faiz olub, o cümlədən qeyri-neft sektorunda artım 3,5 faiz təşkil edib. İstehlak mallarının idxalı 15 faiz, o cümlədən istifadə mallarının idxalı 19 faiz artıb. Son aylar neftin dünya qiyməti azalmağa doğru meyl etsə də, 9 ay üzrə orta qiymət 64,9 dollar təşkil edib. Cari ilin 9 ayında ixrac 4,1 faiz, o cümlədən qeyri-neft icraçı 17 faiz artıb”.
ABM sədri qeyd edib ki, valyuta bazarında təklifin tələbi üstələməsi valyuta ehtiyatlarının artması üçün şərait yaradıb:
“İlin ötən dövrü üzrə valyuta bazarında təxminən 940 milyon dollar dəyərində profisit var. O cümlədən Dövlət Neft Fondunun valyuta satışları qrafikdən 548 milyon dollar geri qalmaqdadır. Mərkəzi Bank valyuta bazarına 391 milyon dollar vəsait alıb. Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən artıb və 50 milyard dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 9 faiz artaraq 6,1 milyard dollar təşkil edib”.
©Modern.az