31 dekabr 2022-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 8 milyard 995.7 mln. dollara çatıb.
Banker.az Mərkəzi Banka istinadla xəbər verir ki, son bir ay ərzində 1 mlrd. 027 mln. dollar (12.88%) və son bir ildə isə 1 mlrd. 921 mln. dollar (27.4%) artım deməkdir.
Bu öncəki ayda 7 milyard 969.2 mln. dollar idi.
2022-ci ilin dekabrın sonuna olan göstərici ilə 2015-ci ilin martın sonunda qeydə alınmış (9472.1 mln. dollar) bu ən yüksək göstəricidir.
Hazırda bu o anlama gəlir ki, Azərbaycan Mərkəzi Bankı valyuta bazarında yaranmış bolluqdan istifadə edərək manat satmaqla öz balansındakı valyutanın həcmini artırmış olub.
Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə olunmasının məqsədi – dövlətin pul və məzənnə siyasətinin həyata keçirilməsi və ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmalarının aparılması üçün valyuta ehtiyatlarının təhlükəsiz və likvid saxlanılması, həmçinin investisiya gəliri əldə edilməsidir.