Azərbaycan Mərkəzi Bankı xarici valyuta ehtiyatlarını yanvar ayında 29 milyon dollar və ya 0.3 faiz artırmaqla 10 milyard 989 milyon dollara yüksəldib.
Banker.az bunu Mərkəzi Bankın rəsmi internet səhifəsinə istinadən xəbər verir.
Bununla belə 2024-cü ilin oktyabr, noyabr və dekabr aylarındakı 836 milyon dollarlıq itkini hələ ki bərpa etməmiş sayılır. Mərkəzi Bank ilin son rübündə valyuta bazarında satışyönlü mövqedən çıxış etməsini müdaxilə ilə deyil, dövlət xərcləri ilə əlaqələndirmişdi.