10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankın yeni qaydasından sonra icbari avtosığorta qazanclı biznesə çevrilir

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS), yaxud “icbari avtosığorta” üzrə yığımların həcmi yanvar ayında yüksəlib və Mərkəzi Bankın ötən ilki qayda dəyişikliyindən sonra daha qazanclı sahəyə çevrilir.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankının 2023-cü il üzrə açıqladığı sığorta statistikasına əsasən apardığı hesablamalara görə, sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artaraq 11.27 mln. manat təşkil etdiyi halda, sığorta ödənişlərinin həcmi cəmi 20% artaraq 7.92 mln. manat təşkil edib.

Aylıq statistik göstəricilərdəki rəqəmlərə nəzər yetirdikdə son üç ayda Azərbaycanda icbari avtosığortanın qazanclılığı yüksəlib.

2342323

Məsələn, AVİSMİS üzrə sığorta yığımları ilə sığorta ödənişləri fərqi oktyabrda (2022) 2.81 mln. manat olduğu halda, noyabrda 4.39 mln. manata, dekabrda 3.64 mln. manata və yanvarda (2023) 3.35 mln. manata yüksəlib.

Burada maraqlı məqam isə Azərbaycan Mərkəzi Bankının 1 noyabr 2022-ci il tarixdən “zərər görənin sığortaçısı” ödənişi qarşılaması qaydasının qüvvəyə minməsindən sonra bu qazanclılığın yüksəlməsidir.

Ötən ilin aprelində bu fərq mənfiyə yaxın bir zonaya yaxınlaşmışdı. Sığorta yığımı ilə sığorta ödənişləri arasında fərq 66 min manata düşmüşdü. Bu, o analitik olaraq hesabladıqda şirkət üçün artıq riskli biznes sayıla bilərdi. İndi burada 66 min manatlıq rəqəm onu deməyə əsas verə bilər ki, hansısa şirkətlər sırf bu biznesdə mənfi ilə də işləyib.

43324234243

Məsələn, 2021-ci ilin sonundan 2022-ci ilin noyabrına qədər sığortaçılar qeyri-rəsmi qaydada mühərriki 2 000 kub-sm həcmindən az olduğu halda risk qrupuna daxil edirdilər. Baxmayaraq ki, tənzimləyici AMB xəbərdarlıqlar edirdi, demək olar ki, bu həcmdən aşağı avtomobillərin sürücüləri onlayn qaydada müqavilə almaqdan məhrum idilər. AMB-nin bu qaydaları tətbiqindən sonra ilk olaraq “Azsığorta” ASC və daha sonra “İpək Yolu Sığorta” ASC bu biznesdən uzaqlaşıblar. Bu sahə üzrə ekspertlərin rəyini nəzərə alsaq, əksərən hələ çox sığorta şirkəti üçün son qaydaların asan olmayacağını deyirlər.

AMB-nin digər qaydası isə AVİSMİS üzrə müqavilə imzalanarkən sığorta olunanlarda region, yaş, tarixçə, təcrübə və digər meyarlar nəzərə alınır. Həmin qayda da məhz 1 noyabrdan qüvvədədir.

Hazırda sığorta şirkətlərinin mühərrik kiçikdirsə “ofisə yaxınlaşın müqavilə” imzalayaq bəhanəsi də aradan qalxır. Belə ki, tənzimləyici hər sığortaçı qarşısında qayda müəyyən edib: saytında onlayn qaydada AVİSMİS üzrə müqavilə imzalamaq üçün alət olmalıdır.

Son xəbərlər
Digər xəbərlər