10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankla bankların məhkəmə çəkişməsi

“Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-nin Mərkəzi Banka qarşı ərizələri qəbul olunub.

Bakı Apelyasiya Məhkəməsindən verilən məlumata görə, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin iflas proseduruna başlanması və bankların müflis elan edilməsi, habelə nizamnamə kapitalı və aktiv öhdəliklərin “Atrabank” ASC-yə keçirilməsi və “Atrabank” ASC-nin lisenziyasının bərpa edilməsi tələbi ilə verdiyi ərizə qəbul olunub.

Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin olunmayıb. “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin ərizələri təmin olunub.

Azərbaycan Respublikası Mərkəzi Bankının şikayətinə aprel ayının 1-də Bakı Apelyasiya Məhkəməsində hakim Ağayev Valeh Məmməd oğlu sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

“AtraBank” və “Qafqaz İnkişaf Bankı” AMB-nin qərarından məhkəməyə şikayət edib.

AzVision.az

Son xəbərlər
Digər xəbərlər