7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi bankların faiz artımına getməsi qızılı ucuzlaşdırır (yenilənib)

Saat 10:40 – Qızılın bir unsiyasi COMEX-də 0.6% enişlə $1 796-a düşüb.


Saat 09:17 – İyun ayı bazarı ticarəti başa çatdıqdan sonra külçənin dəyəri ikinci rüb üçün 8%-dən çox azalaraq 2021-ci ilin birinci rübündən bəri özünün ən pis rüblük performansını nümayiş etdirdi. Təkcə iyun üçün sürüşmə 2%-dən çox olub və düz üçüncü aydır ki, qırmızı zonada tamamlayır.

Nyu-Yorkun Comex birjasında qızılın bir unsiyası avqust fyuçersləri bu gün $10.2 və ya 0.6% ucuzlaşaraq $1 807.3 səviyyəsində qərarlaşdırıb. Hətta bəzi saatlarda $1 800-ə də toxunuşlar edib.

Buna baxmayaraq, bəzi qızıl treyderləri hələ də yaxın gələcəkdə perspektivlər haqqında müsbət olmaq üçün əsasları qalmaqdadır.

İndi dünya mərkəzi bankları inflyasiyaya qarşı çağırış kimi uçot faizlərini artırmaqdadırlar. Bu durumda baxmayaraq ki, inflyasiya və böhranla bağlı qeyri-müəyyənliklər var – hansı ki, belə halda qızıl bahalaşmalıdır – qeyd edilən faiz artımları qiymətli metalın bahalaşmasına əngəldir, investorları gələcək üçün daha çox depozitlərə və ehtiyat limanı olan valyutalara (ABŞ dolları, frank, avstraliya dolları və s.) çəkməyə meyl edir. Bu da var ki, ABŞ FED-i inamlı olaraq iqtisadi mühitin faiz artımlarına gedəcəyinə dair siqnalları verir, lakin ekspertlərə görə, resessiya fonunda requlyatorun əyləcə basa bilməsini də ehtimal edirlər. Əgər bu baş verərsə yaxın gələcəkdə qızılın növbəti rallisinin olması üçün cari durum bir imkan olacaq.

Qızıl $2 100 dolları 2020-ci ilin avqustunda yüksəlmişdi və bu yüksəlmə az keçmədən kəskin enişlə $1 600-ə endi. İnflyasiyaya qarşı qızıl ənənəvi investisiya alətidir, lakin yaxın keçmişdə qızılın qiyməti çox volatildir.

Digər tərəfdən, ABŞ-da inflyasiya son doqquz ayda ardıcıl olaraq artıb, bu da ölkə iqtisadiyyatına daim təhlükə altında saxlayır.

 

 

Son xəbərlər
Digər xəbərlər