12 C
Baku
Monday, November 18, 2024

Mərkəzi banklar I rübdə rekord həcmdə qızıl alıb

Bu ilin I rübündə müxtəlif ölkələrin mərkəzi bankları və oxşar təşkilatları 228 ton qızıl alıb ki, bu da son 23 ilin I rübünün ən yüksək göstəricisidir.

Bu barədə “Dünya Qızıl Şurası”nın (WGC) hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu, həmçinin sonuncu dəfə 2013-cü ildə qeydə alınmış rekord göstəricidən 34 % çoxdur.

Rüb ərzində ən çox qızıl alışını 69 ton olmaqla Sinqapur Valyuta Təşkilatı həyata keçirib. II yerdə Çin Xalq Bankı (58 ton), III yerdə isə Türkiyə Mərkəzi Bankı (30 ton) qərarlaşıb.

“Bank sektorundakı təlatümlər, geosiyasi gərginliklər və qlobal iqtisadiyyatdakı çətinliklər fonunda qızılın dünyada rolu yenidən artmağa başlayıb. Ona görə də, bu il qızıla tələbatın artmasının davam edəcəyi gözlənilir”, – deyə hesabatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər