ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, dünyanın ən varlı on ölkəsinin bankları birlikdə 9,4 trilyon dollar ehtiyata sahibdir. Bu, qlobal həcmin 60%-nin çox hissəsini təşkil edir.
Mərkəzi bankların ehtiyatları qlobal iqtisadi sabitlik üçün həyati əhəmiyyət daşıyır: bu ehtiyatlar ölkələrə ödəmə balansı öhdəliklərini yerinə yetirməyə, həmçinin iqtisadiyyatı böhranlardan və geosiyasi sarsıntılardan qorumağa kömək edir.
Mərkəzi bank ehtiyatlarının həcminə görə ilk onluğa daxil olan ölkələr:
- Çin — 3,4 trilyon dollar,
- Yaponiya — 1,2 trilyon dollar,
- ABŞ — 0,9 trilyon dollar,
- İsveçrə — 0,9 trilyon dollar,
- Hindistan — 0,6 trilyon dollar,
- Rusiya — 0,5 trilyon dollar,
- Səudiyyə Ərəbistanı — 0,4 trilyon dollar,
- Honkonq — 0,4 trilyon dollar,
- Cənubi Koreya — 0,4 trilyon dollar,
- Sinqapur — 0,3 trilyon dollar.
Qeyd edək ki, son dövrlərdə bir çox mərkəzi banklar qızıl ehtiyatlarını artırır və onu həm diversifikasiya vasitəsi, həm də böhran və ya inflyasiya halında sığorta mexanizmi kimi istifadə edir.