Maliyyə Bazarlarına Nəzarət Palatası 28 noyabr 2019-cu il tarixdə Prezidentin sərəncamı ilə ləğv edilib, bütün səlahiyyət və əmlakı Azərbaycan Mərkəzi Bankına ötürülüb. Bu prosesdən sonra AMB-də ilk dəfə olaraq struktur dəyişikləri baş verib.
Banker.az saytının məlumatına əsasən, Mərkəzi Bankın Bazar əməliyyatları departamenti ləğv edilib. Bu departamentin departament direktorun Əhmədov Əli İsmayıl oğlunun adı da heç bir yeni vəzifələrdə tapılmayıb. İqtisadi katiblik də ləğv edilib, rəhbəri, Adıgözəlov Şaiq Əli oğlunun adı AMB-nin rəhbərlik listinda qeyd edilməyib.
Ümumi şöbə ləğv edilərək yerindən Katiblik yaradılıb, bu struktura Əzimov Elizbar Yusif oğlu rəhbərlik edəcək.
Digər bir məlumata əsasən isə Korporativ idarəetmə departamenti, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, Lisenziyalaşdırma şöbəsi, Maliyyə bazarlarında əməliyyatlar departamenti, Maliyyə monitorinqi bölməsi, Sığorta fəaliyyətinə nəzarət departamenti, Statistika departamenti, Valyuta ehtiyatlarının idarə edilməsi departamenti yaradılıb.
Qeyd edək ki, bu bölmələr MBNP-nin Mərkəzi Bankda iş və səlahiyyətlərini həyata keçirəcək komandadır.