14 C
Baku
Monday, April 14, 2025

Mərkəzi Nəbatat Bağı zərərdən mənfəətə keçib

Mərkəzi Nəbatat Bağı 2023-cü ili 77 414 manat mənfəətlə başa vurub. 2022-ci ili isə 720 491 manat zərərlə bağlamışdır.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə Mərkəzi Nəbatat Bağının əməliyyat gəlirləri 1 milyon 315 min manat olub ki, bu da əvvəlki ilə müqayisədə 16% azalma deməkdir.

Bağın istifadə etdiyi material ehtiyatlarının dəyəri 19 359 manat, işçi heyəti üzrə xərcləri 882 517 manat, amortizasiya xərcləri 37 747 manat, digər əməliyyat xərcləri isə 297 617 manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Nəbatat Bağının aktivləri 7 dəfə azalaraq 1 milyon 677 min manata düşüb.

 

Son xəbərlər
Digər xəbərlər