17 C
Baku
Monday, April 29, 2024

Mərkəzi Nəbatat Bağında amfiteatr inşa olunacaq, göl yaradılacaq

“Mərkəzi Nəbatat Bağında amfiteatrın inşası nəzərdə tutulur”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

O bildirib ki, bağın ərazisində hər hansı ictimai iaşə obyektinin tikilməsi nəzərdə tutulmur: “Təsdiqlənmiş layihə əsasında geniş yenidənqurma işləri çərçivəsində park içərisində geniş meşə və yaşıllıq örtüyü yaradılır, ağacların sayı artırılır. Həmçinin, ərazidə uşaqlar üçün meydança da salınacaq. Aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında göl yaradılacaq”.

Şöbə müdiri söyləyib ki, ərazidə alimlər və mütəxəssislər işləyir, analizlər aparırlar: “Bağda böyük arenjeriya olacaq. Arenjeriyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə həm bağı gəzəcək, həm də bitkilərlə tanış olacaqlar”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər