Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Metsl Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Mərkəzi Parkın növbəti mərhələsi üçün ərazinin təhlili və yerli normalara uyğun layihə-smeta sənədlərinin hazırlanması xidmətləri nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 977 150 AZN təşkil edir.