6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Təhlil Şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis – Rabitabank OJSC

Rabitabank ASC Mikro və Riteyl Departamentinin Mərkəzi Təhlil Şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vakansiyaları üzrə işə qəbul elan edilir.

Vəzifə öhdəlikləri:

•  Müştəri Xidməti Strukturları tərəfindən şöbəyə daxil olmuş istehlak kredit sifarişlərinin minimum sənədlər paketinə uyğunluğunu yoxlanılması;
•  Müştəri Xidməti Strukturlarından gələn kredit müraciətlərinin təhlili və qərar verilməsində iştirak;
•  Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlanılması;
•  Kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlanılması (AKB girova düşmüş girovun kredit sifarişində qeyd olunan girovla üzləşdirilməsi, gecikdirilmiş kredit borclarının dəqiqləşdirilməsi);
•  Təminatın adekvatlığının, realizasiyasının və həssaslığının yoxlanılması;
•  Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəflərinin vaxtında və keyfiyyətlə icra edilməsi;

Vəzifəyə olan tələblər:

•  Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
•  Kredit sahəsindən ən azı 1-2 il iş təcrübəsi;
•  Azərbaycan dilini mükəmməl səviyədə, rus və ingilis dili arzu olunandır;
•  MS Office proqramlarında, xüsusi ilə Excel-də sərbəst işləmə bacarığı;
•  Riyazi biliklərə, analitik düşüncəyə malik olmaq;
•  Yüksək kommunikasiya qurma bacarıqları;
•  Detallara qədər dəqiqlik və diqqət;
•  Təşəbbüskarlıq, məsuliyyət, etibarlılıq kimi xüsusiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən və vakansiya üzrə marağı olan namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində Mərkəzi təhlil şöbəsi/Mütəxəssis və ya Mərkəzi təhlil şöbəsi/Aparıcı mütəxəssis yazmağınız xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər