9 C
Baku
Monday, November 18, 2024

Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatı dəqiqləşdirmək imkanı yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamındakı Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə qurumun Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və istifadəyə verilib.

Banker.az AMB-yə istinadən xəbər verir ki, vətəndaşlar istənilən vaxt yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) “ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

 

c1bde2f5 b4f8 33e3 b716 365dbe39de7b
Son xəbərlər
Digər xəbərlər