-3 C
Baku
Sunday, December 15, 2024

“Mərmər İnşaat” 100 min manatlıq səhm buraxır

“Mərmər İnşaat” ASC ümumi həcmi 100 000 manat olan yeni səhmlər emissya edir.

Banker.az bunu şirkətin emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Belə ki, hər bir səhmin dəyəri 1000 manat olan 100 ədəd səhm buraxılacaq.

Hazırda 1500 səhm var və bunun da 100%-i Hürzat Axundova Adil qızına məxsusdur. Ümumilkdə cari vəziyyətə əsasən, 1.5 mln. manat nizamnamə kapitalı vardır.

Şirkət keçən il 13.61 milyon manatlıq xalis mənfəət əldə etməklə 2021-ci ildəki 2.21 mln. manat və 2022-ci ildəki 2.83 mln. manatı kəskin fərqlə üstələyib.

“Mərmər İnşaat” ASC Azərbaycanda tikinti məhsulları satışını həyata keçirir.

Xatırladaq ki, “Mərmər İnşaat” ASC 2017-ci ildə MMC kimi təsis edilib, 2023-cü ildə qapalı səhmdar cəmiyyətinə, 2024-cü ildən isə açıq səhmdar cəmiyyətinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər