“Dəvəli” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili 42 150 manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə cəmiyyətin mənfəəti 203 526 manat olub ki, bu da illik müqayisədə mənfəətin 4.8 dəfə azalması deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Dəvəli” ASC-nin ümumi gəliri 5 milyon 174 min manatdan 4 milyon 796 min manata düşüb. (7.3% azalma)
Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 18.12.2001-ci il tarixdə, D-3334 saylı şəhadətnamə ilə dövlət qeydiyyatından keçmişdir. Təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətdir.
“Dəvəli” ASC mərmər, qranit, travertin, oniks, ağlay, keramika və digər daşlardan hazırlanan tikinti üçün üzlük piltələr, heykəllər, büstlər, mozaikalar, bardürlər, dekorativ hissələr, fəvvarələr, kaminlər, pilləkənlər, sütunlar və s. istehsal edir.