10 C
Baku
Thursday, December 12, 2024

Məşğul və məhsuldar insanlar arasındakı fərqlər

İşdə məhsuldar olmaq olduqca vacibdir, lakin bir çox insan bunun nə demək olduğunu başa düşmür. Üstəlik, çoxumuz “məşğul olmağı” və “məhsuldar olmağı” eyni səviyyədə tutur. Gəlin, bu iki anlayış arasındakı fərqləri nəzərdən keçirək.

Məşğul insanlar bir gündə mümkün qədər çox iş görmək istəyirlər, məhsuldar insanlar isə bilərəkdən tapşırıqlar siyahısını 50%-dək qısaldırlar.

Məsələ ondadır ki, məşğul insanlar 8-9 saat saatda nə qədər çox iş görsələr, bir o qədər yaxşı olduğunu düşünürlər. Onlar işlər siyahısına həddindən artıq çox tapşırıq daxil edirlər və sonra çoxunu ertəsi günə təxirə salırlar.

Məhsuldar insanlar isə işlər siyahısının 40 tapşırıqdan ibarət olmasına ehtiyacın olmadığını başa düşürlər və növbəti gün üçün tapşırıqları seçməkdə diqqətli olurlar.

Məşğul insanlar bütün işlərə birdən əl atırlar, məhsuldar insanlar isə “təcili” və “vacib” tapşırıqları bir-birindən fərqləndirməyi bacarırlar.

Beləliklə, məşğul insanlar vaxtın böyük hissəsini əhəmiyyətsiz problemlərin həllinə yönədirlər və işlə bağlı vacib məsələlərdən bixəbər olurlar. Əlbəttə ki, hər bir şirkətdə təcili işlər olur, lakin bu statusu ya müdir, ya da həmkarlarınız müəyyən edir. Məşğul insanlardan fərqli olaraq, məhsuldar insanlar ilk növbədə böyük əhəmiyyət kəsb edən işlərə üstünlük verirlər.

Məşğul insanların konsentrasiyalı olmaqla çətinlik çəkirlər, məhsuldar insanlar isə sistemli işləyirlər.

Birincilər illərlə zərərli vərdişlərdən yaxa qurtara bilmirlər, onlar dayanmadan elektron poçtu yeniləyirlər və smartfondan çıxan hər səsə reaksiya verirlər. İkincilər isə əksinə, hətta sadə tapşırıqların yerinə yetirilməsinə belə sistemli yanaşırlar. Onlar məktubları oxumaq üçün özlərinə ayrıca vaxt ayırırlar və işlə əlaqəli tapşırıqlara konsentrasiya olmağı bacarırlar.

Məşğul insanlar çoxvəzifəliliyi sevirlər, səmərəli insanlar isə bütün diqqəti yalnız bir iş üzərində cəmləşdirirlər.

Daha sadə desək, məşğul insanlar eyni anda 15 tapşırığın öhdəsindən gəlməyə çalışırlar. Onların kompüterində hər zaman onlarla “pəncərə” və sənəd açıq olur. Məhsuldar insanlar isə ən vacib vəzifələrə diqqət yetirirlər və bunu son dərəcədə effektiv edirlər. Onlar çoxvəzifəlilik tendensiyasından düşünülmüş şəkildə yararlanırlar və mürəkkəb işləri daha az əhəmiyyətli tapşırıqla birlikdə yerinə yetirirlər. Məsələn, layihə ilə bağlı qeydləri iclasın başlamasını gözləyən zaman edirlər. Bu cür insanlar bəzi tapşırıqları səy göstərmədən və ya çox enerji sərf etmədən yerinə yetirə bildiklərini bilirlər.

Əgər siz də məşğul insanlar sırasına daxilsinizsə və gələcəkdə məhsuldar “təkbuynuzluya” çevrilməyi düşünürsünüzsə, 80/20 qaydasına əməl edin. Yəni iş günü ərzində ehtiyacınız olmayan şeylərdən canınızı qurtarın.

Məşğul insanlar səhərdən axşama qədər işləyirlər, məhsuldar insanlar isə iş günün nə zaman tamamlamalı olduqlarını bilirlər.

Əgər əvvəllər gənc olduğunuz zaman enerjinizi və vaxtınızı müxtəlif şeylərə sərf etməkdən narahat deyildinizsə, bunu etməzdən öncə iki dəfə düşünəcəksiniz. Buna baxmayaraq, karyeranızda və şəxsi həyatınızda nəyə diqqət yetirməli olduğunuzu müəyyənləşdirməyin vaxtı gəlib çatacaq. Əgər indi qrafikiniz və pulunuzla hoqqabazlıq edirsinizsə, eyni zamanda başqa bir ölkəyə köçməyə hazırlaşırsınızsa, onda məhsuldar insan olun və sizin üçün aktuallığını itirmiş hədəfləri “siyahıdan” silin. Faydalı olmayan planlardan imtina etmək normaldır. Bunun yerinə enerjinizi məqsədlərinizə cavab verən sahələrə yönəldin.

Məşğul insanlar iş masalarına sanki “yapışıblar”, məhsuldar insanlar isə nə zaman fasilə etməli olduqlarını başa düşürlər.

Məşğul insanlar ara vermirlər və ümumiyyətlə bunu etməkdən nifrət edirlər. Onlar həm də həyatdan zövq alan məhsuldar insanlara qıcıq olurlar.

Məhsuldar insanlar “canlanmaq” üçün özlərinə vaxt verirlər. Onların fasilələri maraqlı məşğuliyyətlərdən ibarətdir: musiqiyə qulaq asmaq, qısamüddətli gəzintiyə çıxmaq, meditasiya etmək və s.Günün istənilən saatında məhsuldarlığınızı maksimum dərəcədə artırmağa çalışın və özünüzü “məşğul insan” kimi hiss etməkdən çəkinin.

 

 

Son xəbərlər
Digər xəbərlər