6 C
Baku
Wednesday, March 5, 2025

Məşhur ABŞ şirkətlər qrupunun Azərbaycanda törəməsi yaradıldı

ABŞ-nin transmilli qənnadı məhsul istehsal edən şirkəti “Mars Inc.” Azərbaycanda törəmə şirkət təsis edib.

Banker.az xəbər verir ki, yeni təsis edilən “Mars Azerbaijan” MMC-dir. Şirkət 2025-ci ilin yanvarında yaradılıb.

Yeni təsis edilmiş şirkətin nizamnamə kapitalı 1 475 000 manat olmaqla Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25e ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin direktoru isə Mübaris İsmayılov İsmixan oğludur. O, uzun illərdir ki, müvafiq sahə üzrə çalışır və 2019-cu ildən isə “Mars”ın Azərbaycan üzrə distributorunda çalışıb.

2010-cu ildən “Mars” şirkətinin Azərbaycan Respublikasında rəsmi distributoru “Camal” LTD şirkətidir.

“Mars” Amerikanın transmilli qənnadı məmulatları, ev heyvanları üçün qida və digər qida məhsulları istehsalçısıdır. Onun 23 iyun 1911-ci ildə əsası qoyulmuşdur, baş ofisi Virciniya ştatının MakLin şəhərində yerləşir. Şirkətin dünyada bir sıra məşhur “Snickers”, “M&Ms”, “Twix”, “Cheez It” və s. kimi brendləri var.

“Mars Azərbaycan” MMC

Son xəbərlər
Digər xəbərlər