BƏƏ-nin “Emirates” aviaşirkəti öz xidmətlərini “Bitcoin”lə ödəməyi mümkün etməyi planlaşdırır.
Bu barədə şirkətin baş əməliyyat direktoru Adel Əhməd Ər-Redha xəbər verib.
“Emirates” tezliklə “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq”, – deyə o bildirib.
Bundan əlavə, aviaşirkət veb-saytına özünün NFT tokenlərini əlavə edəcək.
Ər-Redha bildirib ki, aviaşirkətin müştərilərin ehtiyaclarını izləyən proqramların yaradılmasına kömək etmək üçün əlavə işçilərə ehtiyacı ola bilər.
O, aviaşirkətin “Bitcoin” ödəniş xidmətini nə vaxt işə salmağı planlaşdırdığını dəqiqləşdirməyib.