Yaponiyanın məşhur “Mazda Motor” şirkəti Rusiyanın şərqindəki Vladivostokda yerləşən zavodda avtomobil istehsalını dayandırmağı planlaşdırır.
Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Ötən il Rusiyada 30 min avtomobil satan “Mazda Motor” mart ayında zavodda hissələrin ixracının və ehtiyatlar tükəndikdə tamamilə istehsalın dayandırılacağını elan edib.
Qəzet yazır ki, “Mazda” Rusiyada avtomobil satışı və texniki xidmət əməliyyatlarını dayandırmaq barədə qərar qəbul etməyib.
Bundan əvvəl “Mazda”nın rəqibi “Toyota Motor” Rusiyada əsas materialların və hissələrin tədarükündə yaranmış fasilələr səbəbindən avtomobil istehsalını dayandırmaq qərarına gəlib.