11 C
Baku
Monday, November 25, 2024

Məşhur bank 1,8 milyon dollar cərimə olundu

ABŞ-da maliyyə bazarlarının tənzimlənməsi xidməti Goldman Sachs-ı özünün ticarət əməliyyatları ilə bağlı məlumatların qeyri-dəqiq və tam olmayan şəkildə çatdırılması ilə bağlı uzun illər boyu yol verdiyi pozuntu səbəbindən 1,8 milyon dollar cərimə olundu.

Bu haqda məlumat tənzimləyi orqanın (Financial industry regulatory authority, FINRA) mətbuat xidmətinə əsasən verilmişdir. Ekspertlərin bildirdiyinə görə, Goldman Sachs 8 ildən artıqdır ki, verdiyi məlumatlarda pozuntulara yol vermişdir.

Ümumilikdə, FINRA mütəxəssislərinin qiymətləndirilməsinə görə, bank 2006-cı ilin iyul ayından, 2015-ci ilin mart ayına qədər ümumi ticarət həcmi barədə məlumat çatdırarkən qeyri-dəqiq və tam olmayan məlumatlar çatdırmışdır.

Son xəbərlər
Digər xəbərlər