Almaniyanın Commerzbank ABŞ hökumət qüvvələrinə 1,71 milyard dollar həcmində cərimə ödəməyə razılıq verib. Buna səbəb isə bankın ABŞ-ın sanksiyalarının qüvvədə olduğu İran və Sudan şirkətləri ilə qanunsuz maliyyə əməliyyatlarını həyata keçirməkdə günahlandırılmasıdır.
Beləliklə, nəhəngliyinə görə Almaniyanın ikinci bankı olan Commerzbank Amerika sanksiyaları rejimini pozmaqla bağlı cərimə olunub. ABŞ-ın FES də alman bankının ödəyəcəyi cərimə məbləği ilə bağlı press-reliz nəşr etmişdir. Ümumlikdə Commerzbank və onun Amerika şöbəsi müxtəlif filiallara və ABŞ hökumətinə 1,71 milyard dollar cərimə ödəyəcək.