Azərbaycanın İqtisadiyyat Nazirliyi Asiya İnfrastruktur İnvestisiyalar Bankının (AİİB) ölkəmizdə yerli nümayəndəliyinin açılması imkanlarını müzakirə etməyə hazırdır.
Bunu İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq departamentinin direktoru Ruslan Rüstəmli deyib.
R.Rüstəmlinin sözlərinə görə, bu cür əməkdaşlıq təcrübəsi Ümumdünya Bankı, Asiya İnkişaf Bankı kimi başqa beynəlxalq maliyyə institutları ilə də mövcuddur.
O əlavə edib:
“Bu il bankın nümayəndə heyəti ölkəmizdə olub, danışıqlar aparmışıq. AİİB-in Direktorlar Şurası artıq TANAP üçün kredit ayırmaq təklifini müsbət dəyərləndirib”.