4 C
Baku
Tuesday, February 25, 2025

Məşhur brendlərin adlarının mənşəyi

Yandex – Yet Another İndexer (daha bir indeksator) – dan formalaşmışdır.

Adidas – şirkəti təsis edən Adi (Adolf) Dasler-in şərəfinə belə adlandırılmışdır.

Adobe – Adobe Creek çayının şərəfinə belə adlandırılmışdır. Belə ki, şirkətin təsisçisi Con Vornokun evinin yanından bu adda çay axırdı.

Apple – alma – şirkətin təsisçisi Stiv Cobsun ən sevimli meyvələri idi. Yeni biznesə 3 ay ərzində bir ad tapa bilməyən Stiv Cobs öz həmkarlarına bildirir ki, saat 5-ə qədər daha yaxşı variant bildirməsələr şirkətin adını Apple qoyacaq. Beləcə ABŞ-da Apples Macintosh alma növünün adı şirkətin yeni adı oldu.

Google – Googol sözündən əmələ gəlmişdir ki, bu da 100 sıfırdan ibarət olan təklik deməkdir. Google adı isə şirkətin təsisçilərinin (onların arasında keçmiş Rusiya vətəndaşı Sergey Brin-də var idi) ilk investordan aldığı çekin üzərində yazılmışdı. Bundan sonra onlar axtarış saytının adını belə adlandırmışlar.

Hotmail – şirkətin təsisçisi Cek Smit dünyanın istənilən nöqtəsindən internet vasitəsilə e-mailə daxil olmaq haqqında düşünür. Sabir Bxatia hazırki xidmətin yeni biznes-planını təqdim etdikdə o, sonu “mail” ilə bütün sözləri nəzərdən keçirdi. Lakin sonda o “Hotmail” üzərində dayandı. Çünki bu adda HTML hərfləri də mövcud idi ki, bu da web səhifələrin işarə dili hesab olunur.

HP (Hewlett-Packard) şirkətin təsisçiləri Bill Hewlett və Dave Packard kimin adının birinci olacağı ilə bağlı qəpiklə mərcə girirlər və nəticədən də məlum olur ki, Bill Hewlett qalib gəlmişdir.

İntel – şirkətin təsisçiləri Bob Noys və Qordon Mur şirkəti Moore Noyce adlandırmaq istəmişlər, lakin o dövrdə o adda artıq mehmanxana şəbəkələri mövcud idi. Belə olduqda onlar İNTegrated ELectronics (İnteqrasiya edilmiş elektronika) adının qısaltmasından istifadə etməyi qərara alırlar.

Kodak – “K” – Şirkətin təsisçisi Corc İstmenin ən sevimli hərfi idi. Baxmayaraq ki, bütün əlifbalarda “K” hərfi müxtəlif formalarda yazılır, o, bu möhtəşəm hərflə başlayan və bitən bir söz axtarırdı. Ən sonda isə “Kodak” adı seçilmişdir, çünki çəkiliş zamanı fotokamera məhz belə səs çıxarırdı.

LG – iki məşhur koreyalı brend olan Lucky və Goldstar-ın ilk hərflərini əks etdirir.

Mitsubishi – bu adı 1870-ci ildə şirkətin təsisçisi Yataro İvasaki düşünmüşdür. Yapon dilindən tərcümədə “mitsu” – üç, “hishi” isə romb deməkdir. İki sözün arasında yerləşən “b” hərfi isə orada təsadüfən işlənməmişdir. Belə ki, yaponlar adətən sözün ortasında gələn “h” hərfini “b” kimi tələffüz edirlər.

Motorola – Şirkət rəhbəri Pol Qelvin bu adı maşınlar üçün radio istehsal etməyə başladıqda düşünmüşdü. O zamanlar audio-komponentlər istehsal edən şirkətlərin bir çoxunun adı “ola” hissəciyi ilə bitirdi.

Nike – bu ad heç də ingilis dilində “nayk” kimi oxunan söz deyildir. Əksinə olaraq bu şirkət yunan qələbə ilahəsi Nikinin şərəfinə belə adlandırılmışdır.

Nintendo – bu ad 3 yapon heroqlifindən “nin-ten-do” – dan təşkil olunmuşdur və “səmanın xeyir-dua verdiyi gərgin iş” kimi tərcümə olunur.

Nokia – Fin şəhərində olan bu şirkət ilk öncə ağac emalı zavodu kimi yaranmış, sonralar rezin məhsullarının emalı zavodu kimi genişlənmişdir.

Reebok – bu ad balaca və sürətli Afrika antilopunun şərəfinə belə adlandırılmışdır.

Samsung – Koreya dilindən tərcümədə “samsung” “üç ulduz” mənasını verir.

Sharp – bu adın mənşəyinin tarixi ötən əsrin 10-cu illərinə gedib çıxır. Tokio sakini Tokudji Xayakava yeni məhsul – yenidən itiləməyə ehtiyac duyulmayan iti qələmlər istehsal etmişdir. Şirkətin adı da məhz buradan qaynaqlanır.

Subaru – Şirkət bürclərlə əlaqədar belə adlandırılmışdır və şirkətin loqotipində ulduzlar əks olunmuşdur.

Yahoo – bu sözü ilk dəfə Conatan Svift öz əsəri “Qulliverin səyahətləri” kitabında işlətmişdir. Bu söz əsərdə iyrənc, ürəkbulandıran bir şəxsi təsvir etmək üçün işlədilirdi. “Yahoo!” – nun yaradıcıları bir-birilərini bu adla adlandırdıqları üçün bu adı seçmişlər. Hal-hazırda isə Yahoo adı Yet Another Hierarchical Officious Oracle kimi başa düşülür.

Son xəbərlər
Digər xəbərlər